logo

Şabranda ağır avtoqəza: 3 nəfər ölüb

16:56 06-07-2022 | icon 7413
Şabranda ağır avtoqəza: 3 nəfər ölüb

İyulun 6-da Şabran rayonunda baş verən qəzada üç nəfər ölüb.

YeniAvropa xəbər verir ki, hadisə Gəndob-Yalama yolunun Gəndob kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Qəza zamanı “VAZ 2107” və “VAZ 2106” markalı nəqliyyat vasitələri toqquşub.

Qəzada Şabran şəhər sakini 1986-cı il təvəllüdlü Məmmədov Aydın Əlif oğlu və daha iki nəfər ölüb.

Faktla bağlı araşdırma aparılır.