logo

Azərbaycanda daha 69 nəfər koronavirusa yoluxdu

16:13 06-07-2022 | icon 3423
Azərbaycanda daha 69 nəfər koronavirusa yoluxdu

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 69 yoluxma faktı qeydə alınıb, 36 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, indiyədək ölkədə ümumilikdə 793 min 506 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 min 501 nəfər müalicə olunaraq sağalıb, 9 min 718 nəfər vəfat edib. Aktiv xəstə sayı 287 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 755, bu günə qədər isə ümumilikdə 6 milyon 977 min 685 test icra olunub.