Baş Prokurorluqda əməliyyat müşavirəsi keçirilib
İyulun 6-da baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə Baş Prokurorluğun, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin, Respublika Hərbi və Bakı şəhər prokurorluqlarının rəhbər heyətinin iştirakı ilə cinayət təqibi zamanı prosessual məcburiyyət tədbirlərinin tətbiqi, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılması, məhkəmələrdə dövlət ittihamının müdafiəsi və cəzaların məqsədinə nail olunmasında prokurorluq orqanlarının qarşısında duran aktual vəzifələrə dair əməliyyat müşavirəsi keçirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, müşavirədə çıxış edən baş prokuror Kamran Əliyev Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan genişmiqyaslı məhkəmə-hüquq islahatlarının əsas məqsədinin cəza siyasətinin humanistləşdirilməsinə yönəldiyini bildirməklə son dövrlər həyata keçirilən tədbirlərin əhəmiyyətini vurğulayıb, bu baxımdan ibtidai istintaq zamanı şübhəli və ya təqsirləndirilən şəxslərin hüquqlarının müvəqqəti məhdudlaşdırmasında qanunların düzgün icrasının prokurorluq orqanlarının qarşısında duran vəzifələrdən biri olduğu diqqətə çatdırılıb.
Eyni zamanda, cinayət təqibinin həyata keçirilməsi ilə əlaqədar həbs qətimkan tədbirinin seçilməsi, həbsdə saxlama müddətinin uzadılması zamanı maddi və prosessual hüquqi əsasların mövcudluğunun yoxlanılmasının təmin edilməsinin, cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsinin, habelə məhkəmələr tərəfindən cəza təyini zamanı dövlət ittihamçılarının cinayət işinin hallarından irəli gələn təkliflərinin verilməsində təşəbbüskarlığın artırılmasının zərurililiyi vurğulanıb.
Müşavirədə məruzəçi qismində çıxış edən baş prokurorunun böyük köməkçisi Mahir Abbasov, Prokurorluqda istintaqa nəzarət idarəsinin rəisi Fazil Həsənəliyev, Dövlət ittihamının müdafiəsi üzrə idarənin rəisi Orxan İsayev və Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayev prosessual məcburiyyət tədbirlərinin tətbiqində prokuror nəzarətinin səmərəliliyinin daha da artırılması, cəzaların məqsədinə nail olunmasında prokurorluğun iştirakı institutunun təkmilləşdirilməsinə dair təkliflərini bildiriblər.
Əməliyyat müşavirəsində məruzələr ətrafında fikir mübadiləsi aparılıb, Baş prokurorun göstərişinə əsasən zəruri tədbirlərin görülməsi məqsədilə işçi qrupların yaradılmaqla qısa müddət ərzində konkret təkliflərin təqdim olunması qərara alınıb.
Zərərçəkmişin razılığı olmadan fotosunu KİV-də yayanlar cəzalandırılacaq
Vergi orqanlarının vəzifəli şəxslərinin maaşları artırılır
Sabah Bakıda 29° isti olacaq
“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir
Yeni il axşamı kafedə tanışlarını öldürən gəncin məhkəməsi başlayır
Rusiya Ukraynanın şəhərlərini bömbalayıb:Ölən və xəsarət alanlar var
Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb
Rusiyada hərbi təyyarə qəzaya uğrayıb:Pilotlardan biri həlak olub
Bakıda TDT diplomatiya akademiyalarının toplantısı keçiriləcək
Parlamentdə Hesablama Palatasının ötən il üzrə hesabatı dinlənilir
ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib
Milli Məclisin iclasında 14 məsələ müzakirəyə çıxarılıb
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb
İsrail İrana raket zərbəsi endirib
"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılıb
Azərbaycan nefti 88,51 dollara satılır
Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb
Sumqayıtda valideynlərini öldürən gənc həbs edilib
UEFA Avropa Liqası: Bütün yarımfinalçılar müəyyənləşib
“Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir
İranlı narkotacirin kuryerində 12 kq marixuana aşkarlanıb
SOCAR “ACWA Power”la "Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcək
Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma ləğv edilir
Azərbaycan ilə Çinin baş prokurorluqları əməkdaşlığı genişləndiriir