logo

İsmayıllıda aşan irigövdəli çinar 3 saat yol bağladı

13:33 06-07-2022 | icon 1617
İsmayıllıda aşan irigövdəli çinar 3 saat yol bağladı

İsmayıllıda irigövdəli ağac avtomobil yoluna aşıb. Avtomobillər üç saata yaxın yolda qalıb.

YeniAvropa xəbər verir ki,  hadisə bu gün səhər saatlarında Muğanlı-İsmayıllı yolunun 7-ci kilometrliyində qeydə alınıb. Belə ki, irigövdəli çinar ağacının avtomobil yoluna aşması nəticəsində nəqliyyatın hərəkətində problem yaranıb. Aidiyyəti qurumların əməkdaşları yolun açılmasına cəlb olunublar.