logo

Britaniya 10 min Ukrayna hərbçisinə təlim keçəcək:İlk qrup artıq Londana gəlib

12:12 06-07-2022 | icon 2163
Britaniya 10 min Ukrayna hərbçisinə təlim keçəcək:İlk qrup artıq Londana gəlib

Ukrayna Silahlı Qüvvələrinin hərbçilərindən ibarət ilk qrup təlim keçmək üçün Böyük Britaniyaya gəlib.

YeniAvropa  “The Independent” qəzetinə istinadla xəbər verir ki, bu barədə Böyük Britaniyanın müdafiə naziri Ben Uolles bildirib. Nazirin sözlərinə görə, bu, 10 min ukraynalı hərbçinin təlimi proqramı çərçivəsində baş tutub. Ukrayna ordusunun əsgərləri bir neçə həftə ərzində “Britaniya hərbçilərinin baza hazırlığı” kurslarından keçməlidir.

İyun ayının ortalarında Böyük Britaniya hökumətinin başçısı Boris Conson Kiyevə səfəri zamanı Ukrayna hərbçilərinin Avropa ölkələrində təlim keçməsi ilə bağlı bu ölkəyə yardım təklif edib. Birləşmiş Krallıq hər dörd aydan bir 10 minə qədər ukraynalı əsgərə təlim keçməyi planlaşdırır.