logo

Ukrayna Kommunist Partiyasının fəaliyyəti qadağan edilib

10:50 06-07-2022 | icon 2121
Ukrayna Kommunist Partiyasının fəaliyyəti qadağan edilib

Ukraynada daha bir siyasi partiyanın fəaliyyətinə xitam verilib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, 8-ci İnzibati Apellyasiya Məhkəməsi Ukrayna Kommunist Partiyasının fəaliyyətini qadağan edib.

Qərara əsasən siyasi partiyanın bütün əmlakı dövlətin mülkiyyətinə keçəcək. Məhkəmə Ukrayna Ədliyyə Nazirliyinin iddiaları əsasında qərar çıxarıb.

Qeyd edək ki, bundan öncə 8-ci İnzibati Məhkəməsi 12 rusiyayönümlü siyasi partiyanın fəaliyyətini qadağan edib.

Məhkəmənin müvafiq qərarları ilə “Sol Müxalifət”, “Şariynin Partiyası”, “Müxalifət Bloku”, “Sosialist”, “Naşi”, “Sosialistlər”, “Vladimir Saldo” bloku, “Derjava”, “Ədalət və İnkişaf”, “Müxalifət platforması - Həyat uğrunda” və “Tərəqqi Sosialist”, "Vahid Rusiya" partiyalarının fəaliyyəti qadağan olunub.