logo

Baş Prokurorluğun “Çağrı" mərkəzləri pullu olub?

11:22 05-07-2022 | icon 1456
Baş Prokurorluğun “Çağrı" mərkəzləri pullu olub?

Bəzi çap media vasitələri və internet informasiya resurslarında Baş Prokurorluğun 961 nömrəli “Çağrı Mərkəzi” və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “161-Qaynar xətt” əlaqə mərkəzinin ödənişli əsaslarla fəaliyyət göstərməsi barədə həqiqətəuyğun olmayan informasiyalar yayılıb.

YeniAvropa xəbər verir ki, bu barədə Baş Prokurorluğun yaydığı məlumatda bildirilir.

Məlumatda deyilir ki, qeyd edilən əlaqə vasitələri ödənişsizdir, vətəndaşlar istənilən mobil operatorlardan və stasionar telefonlardan zəng etməklə müraciətlərini edə bilərlər.

“Bir daha bütün media subyektlərinə müraciət edərək bildiririk ki, gələcəkdə bu qəbildən neqativ hallara yol verildikdə tərəfimizdən qanunamüvafiq tədbirlər görüləcək”, - qeyd edilib.