logo

Azərbaycan Ukraynaya növbəti dəfə humanitar yardım göndəriib

09:29 05-07-2022 | icon 4277
Azərbaycan Ukraynaya növbəti dəfə humanitar yardım göndəriib

İyulun 5-də Azərbaycan tərəfindən Ukrayna xalqına humanitar yardım məqsədilə ərzaq məhsulları, məişət və tibbi sərfiyyat mallarından ibarət növbəti yardım göndərilib.

YeniAvropa xəbər verir ki, ümumi çəkisi 50 ton olan humanitar yardımın Polşanın Varşava hava limanına çatdırılması üçün ilk təyyarə saat 10:00-da Heydər Əliyev adına Beynəlxalq Hava Limanından yola düşəcək.

Qeyd edək ki, humanitar yardım tərəfdaş şəhərlər xətti ilə Ukraynanın Çerkassı vilayət administrasıyasından Sumqayıt şəhər İcra Hakimiyyətinə edilmiş rəsmi müraciətə cavab olaraq hazırlanıb. Həmçinin humanitar yardım Çerkassı şəhər əhalisinin ehtiyacları üçün nəzərdə tutulub.