logo

AZAL Bakı-Daşkənd aviareyslərinin sayını artırır

19:59 04-07-2022 | icon 1659
AZAL Bakı-Daşkənd aviareyslərinin sayını artırır

“Azərbaycan Hava Yolları” (AZAL) iyulun 25-dən başlayaraq Heydər Əliyev Beynəlxalq Aeroportundan Özbəkistanın paytaxtına həftədə 3 dəfə uçuşlar yerinə yetirməyə başlayacaq.

AZAL-dan YeniAvropa-ya bildirilib ki, qeyd edilən tarixdən etibarən Bakı-Daşkənd-Bakı marşrutu üzrə aviareyslər həftənin bazar ertəsi, çərşənbə və şənbə günləri yerinə yetiriləcək.

Biletləri aviaşirkətimizin saytında və kassalarda əldə etmək mümkündür.