logo

COVID-19-a qarşı “buster” dozada peyvənd olunanların sayı 3 milyon 311 min nəfəri ötür

16:32 04-07-2022 | icon 3241
COVID-19-a qarşı “buster” dozada peyvənd olunanların sayı 3 milyon 311 min nəfəri ötür

İyulun 4-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 41 doza vaksin vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 1, ikinci doza vaksin vurulmayıb, üç və daha çox doza vaksinlərin sayı 40, pozitiv nəticədən sonra “buster” doza vaksinlər vurulmayıb.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 772 min 531, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 356 min 989, ikinci mərhələ üzrə 4 milyon 854 min 386, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 311 min 443, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 249 min 713-dür.