logo

Sabah Bakının bir hissəsində qaz olmayacaq

15:30 04-07-2022 | icon 1435
Sabah Bakının bir hissəsində qaz olmayacaq

Qaradağ rayonunun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

 YeniAvropa xəbər verir ki, bu barədə “Azəriqaz”dan bildirilib.Qeyd edilib ki,  “Qaz İxrac” İdarəsinə məxsus “Düvannı-Qaradağ” yüksək təzyiqli magistral qaz kəmərinin 6-7-ci kilometrlər və 9-10-cu kilometrlər arası hissələrinin dayaqlar üzərinə qaldırılması ilə əlaqədar, iyulun 5-i saat 08:00-dan işlər başa çatanadək “Səngəçal”, “Sement zavod” QPS-lərdən və magistral qaz kəmərindən qidalanan “Gips zavodu” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri aparılan müddətdə Qaradağ rayonu üzrə Sahil, Səngəçal, Umbakı, Əzimkənd qəsəbələrinin, Yol evləri, Bağ evləri və Stansiya Qaradağ ətrafı yaşayış massivlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.