logo

Azərbaycanda iqlim dəyişmələrinə uyğunlaşma planı hazırlanır

14:14 04-07-2022 | icon 1484
Azərbaycanda iqlim dəyişmələrinə uyğunlaşma planı hazırlanır

Son 5-7 il ərzində bütün dünyada iqlim dəyişmələri prosesinin sürətlənməsi baş verir. Temperaturun artım sürəti müşahidə olunur. Əgər otuz il bundan əvvəl temperatur tədricən artırdısa, hazırda artım tempi daha sürətli olub. Odur ki, hazırda bütün ölkələrin bir məqsədi var: Paris Sazişi çərçivəsində temperatur artımının 1.5 dərəcədən yüksək olmamasını təmin etmək. Bunun üçün çox ciddi tədbirlər görülməli, bütün ölkələr mövcud dəyişən iqlimə və gələcəkdə gözlənilən iqlim dəyişmələrinə uyğunlaşma tədbirlərini hazırlamalıdırlar.

YeniAvropa xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

Xidmət rəisinin sözlərinə görə, hazırda Azərbaycanda həmin istiqamətdə iş aparılır və BMT-nin dəstəyi ilə ölkəmizdə uyğunlaşma planı hazırlanır: “Burada əsas həssas sektorlar müəyyən olunub. Bunlar su sektoru, kənd təsərrüfatı, eyni zamanda, sahilyanı ərazilərdir. Belə bir planın hazırlanması üzərində müvafiq təşkilatların mütəxəssisləri çalışırlar. Ümumilikdə 2023-cü ilin sonunadək adaptasiya planının hazırlanması və təqdim olunması planlaşdırılır”.