"Azercell" rabitə bazarında yeni biznes istiqamətini təqdim edir!
Müştərilərini əlçatımlı, eyni zamanda istifadədə rahat və şəffaf xidmətlərlə təmin etməyə çalışan “Azercell Telecom” MMC özünün rəqəmsal məhsullar çeşidini genişləndirərək müştərilərin nağdsız hesablaşma və ödənişlərini daha rahat şəkildə yerinə yetirməyə imkan yaradacaq xüsusi layihəsini təqdim edir.
Abunəçilərə təqdim olunacaq rəqəmsal kart müxtəlif növ ödənişlər həyata keçirməyə, hesabdakı balansı artırmağa imkan verəcək ki, həmin maliyyə məhsulları sürətli və asan müştəri identifikasiyasını təmin edən ucdan-uca rəqəmsal təcrübə üzərində qurulacaq.
İstehlakçının ənənəvi ödəmə üsullarını və vərdişlərini dəyişərək Azercell Fintek müştərilər üçün rahat rəqəmsal nağdsız ödəniş vasitəsinə çevrilmə potensialına malikdir. Eyni zamanda, abunəçilər xidməti aktiv etmək üçün ofisə baş çəkmədən birbaşa "Azercell"in yenilənmiş “Kabinetim” mobil tətbiqi vasitəsilə bu imkandan yararlana bilər.
Bu rəqəmsal kart həm fakturalı xətt, həm də fakturasız xətt (SimSim) abunəçilərinə bir sıra standart qeydiyyat prosedurlarından keçmədən maliyyə xidmətlərinə asan çıxış imkanı yaradacaq. Qeyd edək ki, “Azercell Telekom” bu layihəni “PAŞA Bank” ASC, “Visa” və “AzInTelecom” MMC daxil olmaqla bir sıra tərəfdaşlarla birgə əməkdaşlığı çərçivəsində həyata keçirir.
"Azercell"in Big Data, Təhlillər və Xüsusi layihələr departamentinin direktoru Azad Hüseynovun qeyd etdiyi kimi:
“Bütün ölkəni əhatə edən geniş şəbəkəmizə bankçılıq və fintek funksionallığı əlavə etmək göstərdiyimiz xidmət çeşidinin genişləndirilməsi, müştəri məmnunluğu və bağlılığının gücləndirilməsi və, əlbəttə ki, biznesin dayanıqlılığı baxımından bizim üçün böyük imkanlar yaradır.”
Bu yeni məhsulun ilk istifadəçiləri olmaq istəyən abunəçilərimiz üçün www.azercell.com səhifəsi vasitəsilə öncədən sifariş imkanı artıq mümkündür. Bunun üçün "Azercell"in rəsmi saytında qeydiyyatdan keçmək kifayətdir.
Xatırlatmaq istərdik ki, məhz Azercell bir neçə il öncə ilk olaraq özünün “Kabinetim” tətbiqi vasitəsilə “Mobil Ödəmə” xidmətini bazarda təqdim etmişdir. "Azercell" Rəqəmsal Kartı mobil rabitə bazarında maliyyə xidmətləri sahəsində dönüş nöqtəsinə çevrilərək istifadəçilərə rəqəmsal texnologiyaların imkanlarını daha yaxın və rahat edəcək.
Azərbaycan Kuboku: “Qarabağ” “Neftçi”ni məğlub edərək finala yüksəlib
Qırğızıstan prezidentinin şərəfinə “Gülüstan” sarayında ziyafət verilib
Bayden Ukraynaya 61 milyard dollarlıq hərbi yardım haqda qanunu imzalayıb
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılışında iştirak ediblər
“Bakcell” bütün ölkəni bulvardakı konsertə çağırır
Qırğızıstan prezidenti Şəhidlər xiyabanını ziyarət edib
“Air France”ın təyyarəsi Bakıya qəza enişi edib
2026-cı ilədək Cəbrayıl, Qubadlı, Zəngilana 40 min nəfər köçürüləcək
Qırğızıstan prezidenti sabah Ağdamda tikəcəkləri məktəbin təməlini qoyacaq
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
Şuşada elektrik avtobuslar istifadəyə veriləcək
Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi "BBC"yə müsahibə verib
Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 100 milyon dollara çatır
Bakıda Azərbaycan-Başqırdıstan biznes- forumu keçirilib
Azərbaycanla Qırğızıstan arasında 18 sənəd imzalanıb
Qırğızıstan Ağdamda məktəb tikəcək
İlham Əliyev və Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb
HDQ və FHN-in “Dalğa-2024” birgə taktiki təlimi keçirilir
Laçındakı konfransda 30 ölkədən ekspertlər iştirak edirlər
Bakıda Azərbaycan-Qırğızıstan Dövlətlərarası Şurasının II iclası keçirilir
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub
Koreyanın 206 mindən çox avtomobilini geri çağırır
Sabah Bakıda 28° isti olacaq
Bakıda Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub