logo

Bakıda iri marketlərdən birində kütləvi zəhərlənmə olub

11:11 04-07-2022 | icon 3549
Bakıda iri marketlərdən birində kütləvi zəhərlənmə olub
Bakıda marketdə kütləvi zəhərlənmə olub.
YeniAvropa xəbər verir ki, hadisə Nəsimi rayonu, Səməd Vurğun küçəsində yerləşən "Bolmart"da qeydə alınıb.
Belə li, marketin fasadına kimyəvi tərkibli örtük vurularkən, havalandırma sistemi vasitəsilə zəhərli hava içəri daxil olub. Nəticədə işçilər zəhərləniblər.
 
TƏBİB-dən bildirilib ki, 14 nəfərə yerində tibbi yardım göstərilib, 14 nəfər isə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub.
Faktla bağlı araşdırma davam etdirilir.
 
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən faktı təsdiqləyiblər.