logo

Xəzər dənizində dalğanın hündürlüyü 3 metrə çatıb

11:33 03-07-2022 | icon 4627
Xəzər dənizində dalğanın hündürlüyü 3 metrə çatıb

İyulun 3-ü saat 11:00-a olan məlumata əsasən, əksər rayonlarda hava şəraiti yağmursuz keçib, lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxıb, arabir yağış yağıb, ayrı-ayrı yerlərdə şimal-qərb küləyi güclənib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, düşən yağıntının miqdarı Göygöldə 7, Oğuz, Şəki, Şahdağda 6, Daşkəsəndə 5, Qrızda 4, İsmayıllıda 3, Gəncə, Xaltan, Qusar, Kişçayda (Şəki) 2, Naftalan, Şəmkir, Ağdərə, Gədəbəy, Quba, Tərtər, Yevlax, Qəbələ, Göyçay, Sarıbaşda 1 millimetrədək olub.

Şimal-qərb küləyi əsib, arabir Naftalanda saniyədə 24, Mingəçevirdə 21, Ceyrançöl, Neftçalada 20, Şirvanda 17, Culfada 18, Naxçıvan, Ordubadda 16, Bakıda və Abşeron yarımadasında: Bakıda 21, Binədə 19, Ələtdə 18, Neft Daşları, Çilov adasında 17, Sumqayıtda 16, Pirallahıda 15 metrədək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 3 metrə çatıb.

Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraitinin iyulun 3-ü gündüz saatlarınadək davam edəcəyi, iyulun 4-dən mülayim cənub küləyi əsəcəyi gözlənilir. Fasilələrlə yağıntılı hava şəraiti isə iyulun 5-dək əsasən şimal və qərb rayonlarında davam edəcək.

Birinci ongünlüyün son günlərində temperatur rejiminin tədricən yüksələrək Bakıda və Abşeron yarımadasında 35-37°, Mərkəzi Aran və Naxçıvan Muxtar Respublikasında 35-38°, bəzi yerlərdə 40°, dağlarda 22-27° isti olacaq.