logo

Azərbaycanda daha 33 nəfər koronavirusa yoluxub

17:17 02-07-2022 | icon 3052
Azərbaycanda daha 33 nəfər koronavirusa yoluxub

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 33 yoluxma faktı qeydə alınıb, 35 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, indiyədək ölkədə ümumilikdə 793 min 416 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 min 333 nəfər müalicə olunaraq sağalıb, 9 min 717 nəfər vəfat edib. Aktiv xəstə sayı 200 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 98, bu günə qədər isə ümumilikdə 6 milyon 968 min 836 test icra olunub.