logo

Müğənni Xan Bəyli və DJ Fateh “Azercell” ilə canlı yayımda

16:26 02-07-2022 | icon 2317
Müğənni Xan Bəyli və DJ Fateh “Azercell” ilə canlı yayımda

Azərbaycan mədəniyyətinin təbliğinə hər zaman xüsusi önəm verən “Azercell Telekom” rəsmi "İnstagram" hesabı vasitəsilə iyunun 29-u gənc bəstəkar Xan Bəyli və aparıcı DJ Fatehin iştirakı ilə canlı yayım keçirib.

“Musiqi dinləyək, söhbət edək” rubrikasında baş tutan yayımda Xan Bəyli tanınmış aparıcı DJ Fatehin suallarını cavablandıraraq öz sənət yolu barədə danışıb. Yaradıcılığında Azərbaycan və dünya musiqisinin sintezini təqdim edən gənc ifaçı özünün zəngin repertuarına daxil olan bəstələrini də ifa edib. Canlı yayıma Xanın Azərbaycandakı pərəstişkarları ilə yanaşı, Amerikadan da izləyicilər qoşularaq öz şərhləri ilə ifaçıya dəstək olublar.

Xatırladaq ki, bu ilin martında Novruz bayramı münasibətilə “Azercell”in təşəbbüsü və təşkilatçılığı ilə Xan Bəylinin ABŞ-da konserti təşkil edilib. ABŞ-da milli musiqimizi təbliğ edən gənc musiqiçi və bəstəkar Xan Bəyli Azərbaycan muğamını caz və etnik musiqi ilə sintezdə təqdim edən əsərləri ilə tanınır. Məşhur sənətçilərlə birgə layihələrə imza atan gənc musiqiçi üslub sərhədlərini aşan melodiyaları ilə dünyanın hər yerindən dinləyicilərinin diqqətini cəlb etməyi bacarıb.

Gənc bəstəkar Xan Bəylinin ən son bəstəsini dinləmək üçün “https://www.youtube.com/watch?v=TYAZbkBX3es” səhifəsinə keçid edə bilərsiniz.