logo

Göygöldə ağır avtoqəza: 1 ailənin 4 üzvü öldü

21:51 01-07-2022 | icon 1841
Göygöldə ağır avtoqəza: 1 ailənin 4 üzvü öldü

Göygöl rayonunda ağır yol qəzası baş verib.

YeniAvropa xəbər verir ki,  hadisə Bakı-Qazax magistralının Göygöl rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Yük avtomobili ilə "VAZ-2107"nin toqquşması nəticəsində bir ailənin 4 üzvü - ata, ana, 18 aylıq körpə və bir qadın dünyasını dəyişib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Ən son məlumata əsasən, xəsarət alanlardan daha biri xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. 

Beləliklə qəza nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.