Bakıda ABŞ-ın Müstəqillik Günü qeyd edilib
İyulun 1-də ABŞ-ın Azərbaycandakı səfirliyi ölkəsinin müstəqilliyinin elan olunmasının 246-cı ildönümü ilə əlaqədar tədbir təşkil edib.
YeniAvropa xəbər verir ki, əvvəlcə Azərbaycanın və ABŞ-ın Dövlət himnləri səsləndirilib.
Tədbirdə çıxış edən ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger ölkəsinin müstəqillik tarixindən danışıb. O xatırladıb ki, 1776-cı il iyulun 4-də ABŞ-ın müstəqillik bəyannaməsinin imzalandığı gündür.
Diplomat bildirib ki, son 30 ildə ölkələrimiz arasındakı əlaqələrdə böyük irəliləyiş baş verib. Vurğulayıb ki, bu tədbir ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümündə keçirilir və iki ölkə arasındakı əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcək.
Maliyyə naziri Samir Şərifov tədbirdə çıxış edərək ABŞ xalqını və hökumətini Azərbaycan Hökuməti adından təbrik edib. O, bu il Azərbaycan və ABŞ arasında diplomatik münasibətlərin 30-cu ildönümünün qeyd edildiyini bildirib.
Azərbaycan və ABŞ arasındakı əlaqələrdən danışan nazir bu əlaqələrin hər iki dövlətin maraqları və bərabərhüquqlu tərəfdaşlıq prinsipləri çərçivəsində bir çox sahələrdə, xüsusilə energetika və qlobal terrorizmlə mübarizə sahələrində olduqca fəal inkişaf etdiyini qeyd edib.
“Son zamanlar Azərbaycan ilə ABŞ arasında yüksək səviyyədə təmaslarda canlanma müşahidə olunmaqdadır. ABŞ-ın dövlət katibinin müavininin və köməkçisinin ölkəmizə səfərləri, Azərbaycan Prezidentinin köməkçisinin isə ABŞ-a səfəri, keçirilən görüşlər iki ölkə arasında münasibətlərin yeni müstəvidə inkişafının göstəricisidir”, - deyə S.Şərifov diqqətə çatdırıb.
O vurğulayıb ki, bu ilin payızında Vaşinqtonda Azərbaycan-ABŞ İqtisadi Əməkdaşlıq Komissiyasının beşinci iclası keçiriləcək. Azərbaycan artıq bu iclasa hazırlıq işlərinə başlayıb.
Tədbirdə rəsmi şəxslər, Milli Məclisin deputatları, xarici ölkələrin ölkəmizdəki səfirləri, beynəlxalq təşkilatların təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Azərbaycan Kuboku: “Qarabağ” “Neftçi”ni məğlub edərək finala yüksəlib
Qırğızıstan prezidentinin şərəfinə “Gülüstan” sarayında ziyafət verilib
Bayden Ukraynaya 61 milyard dollarlıq hərbi yardım haqda qanunu imzalayıb
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılışında iştirak ediblər
“Bakcell” bütün ölkəni bulvardakı konsertə çağırır
Qırğızıstan prezidenti Şəhidlər xiyabanını ziyarət edib
“Air France”ın təyyarəsi Bakıya qəza enişi edib
2026-cı ilədək Cəbrayıl, Qubadlı, Zəngilana 40 min nəfər köçürüləcək
Qırğızıstan prezidenti sabah Ağdamda tikəcəkləri məktəbin təməlini qoyacaq
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
Şuşada elektrik avtobuslar istifadəyə veriləcək
Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi "BBC"yə müsahibə verib
Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 100 milyon dollara çatır
Bakıda Azərbaycan-Başqırdıstan biznes- forumu keçirilib
Azərbaycanla Qırğızıstan arasında 18 sənəd imzalanıb
Qırğızıstan Ağdamda məktəb tikəcək
İlham Əliyev və Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb
HDQ və FHN-in “Dalğa-2024” birgə taktiki təlimi keçirilir
Laçındakı konfransda 30 ölkədən ekspertlər iştirak edirlər
Bakıda Azərbaycan-Qırğızıstan Dövlətlərarası Şurasının II iclası keçirilir
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub
Koreyanın 206 mindən çox avtomobilini geri çağırır
Sabah Bakıda 28° isti olacaq
Bakıda Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub