logo

İyulda Bakıda 41°, bəzi bölgələrdə isə 43° isti olacağı proqnozlaşdırılır

19:29 01-07-2022 | icon 6020
İyulda Bakıda 41°, bəzi bölgələrdə isə 43° isti olacağı proqnozlaşdırılır

İyulda havanın orta aylıq temperaturunun iqlim normasından yüksək olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi ərazilərdə bir qədər az olacağı ehtimal edilir. Birinci ongünlüyün birinci yarısında əksər rayonlarda yağmursuz hava şəraiti müşahidə olunsa da, şimal və qərb rayonlarında qısamüddətli yağış yağacağı proqnozlaşdırılır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 26-29° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-2° yüksəkdir. Havanın temperaturunun gecələr 21-26°, gündüzlər 31-36° isti, bəzi günlərdə 38-41° isti olacağı proqnozlaşdırılır. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacağı bildirilir (norma 2-3 millimetr).

Naxçıvan Muxtar Respublikasında havanın orta aylıq temperaturu 27-30° isti olacaq. Bu da iqlim normasına yaxın və 2° yüksəkdir. Havanın temperaturunun gecələr 21-26°, gündüzlər 31-36° isti, bəzi günlərdə 38-43° isti olacağı ehtimalı var. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacağı ehtimal edilir (norma 6-16 millimetr).

Xankəndi şəhərində, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun 19-24° isti olacağı proqnozlaşdırılır. Bu da iqlim normasına yaxın və 1-2° yüksəkdir. Havanın temperaturunun gecələr 17-22°, gündüzlər 24-29° isti, bəzi günlərdə 32-35° isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacaq (norma 36-73 millimetr).

Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında havanın orta aylıq temperaturunun 26-29° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-3° yüksəkdir. Havanın temperaturunun gecələr 19-24°, gündüzlər 29-34° isti, bəzi günlərdə 38-40° isti olacağı ehtimal edilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı ehtimalı var (norma 10-32 millimetr).

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturunun 23-27° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 2-3° yüksəkdir. Havanın temperaturunun gecələr 19-24°, gündüzlər 29-34° isti, bəzi günlərdə 37-39° isti olacağı bildirilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər az olacağı proqnozlaşdırılır (norma 9-118 millimetr).

Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 27-30° isti olacağı ehtimal edilir. Bu da iqlim normasına yaxın və 1-2° yüksəkdir. Havanın temperaturu gecələr 22-27°, gündüzlər 32-37° isti, bəzi günlərdə 40-43° isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər az olacağı gözlənilir (norma 3-22 millimetr).

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında havanın orta aylıq temperaturunun 23-27° isti olacağı bildirilir. Bu da iqlim normasına yaxın və 1-2° yüksəkdir. Havanın temperaturunun gecələr 21-26°, gündüzlər 29-34° isti, bəzi günlərdə 37-39° isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər az olacağı ehtimal edilir (norma 7-33 millimetr).