logo

İran Azərbaycanla sərhədləri bağlamayıb-Səfirlik təkzib etdi

18:30 01-07-2022 | icon 2121
İran Azərbaycanla sərhədləri bağlamayıb-Səfirlik təkzib etdi

İranın və qonşu ölkələrin vətəndaşlarının ölkəyə giriş-çıxışı üçün heç bir məhdudiyyət yoxdur.

YeniAvropa xəbər verir ki, bu barədə İran İslam Respublikasının ölkəmizdəki səfirliyinin mətbuat şöbəsindən məlumat verilib.

“İctimaiyyətin sorğularına və medianın suallarına cavab olaraq sosial şəbəkələrdə İran İslam Respublikasının quru sərhədlərini iki ay müddətinə bağlaması ilə bağlı yayılan xəbəri təkzib edirik və bildiririk ki, ötən ilin noyabr ayından etibarən İranın bütün quru, hava və dəniz sərhədləri beynəlxalq turistlər və qonşu dövlətlər, xüsusən də İran və Azərbaycan sərhədləri, eləcə də İran və Naxçıvan Muxtar Respublikasının sərhədləri üçün açıqdır”, - deyə səfirliyin məlumatında bildirilib.