logo

Azərbaycanda daha 29 nəfər koronavirusa yoluxub

17:12 01-07-2022 | icon 1470
Azərbaycanda daha 29 nəfər koronavirusa yoluxub

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 29 yoluxma faktı qeydə alınıb, 15 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, indiyədək ölkədə ümumilikdə 793 min 302 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 min 383 nəfər müalicə olunaraq sağalıb, 9 min 717 nəfər vəfat edib. Aktiv xəstə sayı 202 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 653, bu günə qədər isə ümumilikdə 6 milyon 966 min 738 test icra olunub.