logo

Meymunçiçəyi üçün testlər gələn həftə Azərbaycana gətiriləcək

13:53 01-07-2022 | icon 1421
Meymunçiçəyi üçün testlər gələn həftə Azərbaycana gətiriləcək

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) meymunçiçəyi xəstəliyinin diaqnostikası üçün testlərin gətirilməsi ilə əlaqədar ilk müraciət edən ölkələrdən biridir. Yaxın 2-3 gün ərzində testlər Azərbaycana gətiriləcək.

YeniAvropa xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhiyyə naziri Teymur Musayev deyib.

Nazir bildirib ki, meymunçiçəyi ilə əlaqədar vaksinasiya aparılması düşünülmür. Bu da ÜST-nin strategiyasından irəli gəlir: "Hələ ki, buna ehtiyac duyulmur. Türkiyədə bir yoluxma qeydə alınıb. Bu günə qədər Azərbaycanda heç bir hadisə qeydə alınmayıb. Həmin xəstəliyin hazırkı vəziyyətdə yalnız sıx təmas nəticəsində ötürülməsi müşahidə olunur".