logo

“Flyadeal” Səudiyyə Ərəbistanından Bakıya yeni aviareys açıb

12:52 01-07-2022 | icon 2100
“Flyadeal” Səudiyyə Ərəbistanından Bakıya yeni aviareys açıb

Səudiyyə Ərəbistanının laukost “Flyadeal” aviaşirkəti yay mövsümündə Bakı və Tbilisiyə aviareyslər açıb.

YeniAvropa xəbər verir ki, bu barədə “Arabnews” qəzeti məlumat yayıb.

Xəbərdə bildirilir ki, sərnişinlər üçün sərfəli qiymətlər təklif edən aviareyslər Bakı və Tbilisi ilə yanaşı, Əmman, Şarm əl-Şeyx və Xartuma da həyata keçirilir.

“Flyadeal” sözügedən uçuşları “Airbus 320” təyyarələri ilə yerinə yetirəcək. Bu aviaşirkət son 5 ildə 15 milyondan artıq sərnişinə xidmət göstərib.