logo

Dünyanın ən böyük konteyner gəmisi Süveyş kanalından uğurla keçib

12:12 01-07-2022 | icon 2086
Dünyanın ən böyük konteyner gəmisi Süveyş kanalından uğurla keçib

Dünyanın ən böyük yük konteyner gəmisi “Ever Art” Süveyş kanalından uğurla keçib.

YeniAvropa xəbər verir ki, bu barədə jurnalistlərə Misirin Süveyş Kanalı İdarəsinin rəisi Üsamə Rabiə məlumat verib.

İdarə rəisi bildirib ki, nəhəng gəminin Süveyş kanalından insidentsiz keçməsi üçün katerlər vasitəsilə bütün marşrut boyu müşayiət həyata keçirilib. Bu, Malayziyadan Niderlanda üzən “Even Art”ın kanaldan birinci keçisidir. Tayvan bayrağı altında üzən və 221 min ton yükgötürmə qabiliyyəti olan bu yeni gəmi 24 min 132 konteyner daşıya bilir.

Misirin Süveyş Kanalı İdarəsi 2021-ci ilin martında kanalın bağlanmasına səbəb olan “Even Green” yük gəmisi ilə bağlı insidentdən sonra ərazidə genişləndirmə işləri aparıb, suyun dərinliyi artırılıb.