logo

Bakıda Azərbaycan-İtaliya Hökumətlərarası Komissiyasının iclası keçiriləcək

11:11 01-07-2022 | icon 6923
Bakıda Azərbaycan-İtaliya Hökumətlərarası Komissiyasının iclası keçiriləcək

İyulun 26-da Bakı şəhərində Azərbaycan və İtaliya arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 6-cı iclası keçiriləcək.

 YeniAvropa xəbər verir ki, bu barədə Energetika Nazirliyindən bildirilib. Qeyd edilib ki, iclasın gündəliyinə iki ölkə arasında ticarət-iqtisadi, enerji, logistika və infrastruktur, kənd təsərrüfatı, mədəniyyət və turizm sahələrində əməkdaşlığa dair məsələlər daxil edilib. Həmçinin AZPROMO, Azərbaycan İnvestisiya Şirkəti, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Dövlət Neft Fondu və İtaliyanın müvafiq qurumlarının iştirakı ilə hər iki ölkədə investisiya imkanları və perspektivlərin müzakirəsinə həsr olunmuş sessiya keçiriləcək.

Gündəlikdəki məsələlərin müzakirəsindən sonra hökumətlərarası komissiyasının 6-cı iclasının yekunlarına dair Protokol imzalanacaq.

Hökumətlərarası komissiyanın həmsədrləri energetika naziri Pərviz Şahbazov və İtaliya Respublikasının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi Manlio Di Stefanodur.

Qeyd edək ki, İtaliya Azərbaycanın ən böyük ticarət tərəfdaşı, Azərbaycan isə İtaliyanın ən böyük xam neft təchizatçısıdır.