logo

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 69 nəfər saxlanılıb

10:50 01-07-2022 | icon 1533
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 69 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları ötən gün törədilmiş 53 cinayətin üstünü “isti izlər”lə açıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, əvvəlki dövrlərdən bağlı qalmış 15 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə, ümumilikdə 81, o cümlədən borclu şəxs qismində axtarılan 63 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən iki yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb,1 nəfər isə xəsarət alıb.

Narkotiklərlə əlaqəli 47, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı bir fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 69 nəfər saxlanılıb.