logo

Salyanda keçmiş kürəkənini öldürən kişinin məhkəməsi başlayır

10:30 01-07-2022 | icon 735
Salyanda keçmiş kürəkənini öldürən kişinin məhkəməsi başlayır

Xəbər verildiyi kimi, bu il aprelin 25-də Salyan rayonu, Təzəkənd kənd sakini 1985-ci il təvəllüdlü Faiq Məlikovun qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə Salyan rayon prokurorluğunda başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

Salyan rayon prokurorluğundan YeniAvropa-ya bildirilib ki, aparılmış istintaqla, 1952-ci il təvəllüdlü Məlikağa Əliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı keçmiş kürəkəni Faiq Məlikova bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Məlikağa Əliyev Cinayət Məcəlləsinin 120.1(qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.