Azərbaycan İsraillə saziş imzaladı
Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi İsrailin Nəqliyyat və Yol Təhlükəsizliyi Nazirliyi ilə hava əlaqələri haqqında saziş imzalayıb.
YeniAvropa xəbər verir ki, bu barədə nazirlikdən bildirilib.
Qeyd edilib ki, sənəd nazir Rəşad Nəbiyevin İsrailə işgüzar səfəri çərçivəsində imzalanıb. Saziş Azərbaycan və İsrail vətəndaşlarının qarşılıqlı səfərlərini asanlaşdıracaq, turizm və mədəni əlaqələrin inkişafına öz müsbət təsirini göstərəcək.
İsrailin nəqliyyat və yol təhlükəsizliyi naziri xanım Merav Miçaeli iki ölkə arasında yüksələn xətlə inkişaf edən əlaqələrdən məmnunluğunu ifadə edərək hava əlaqələri haqqında sazişi yüksək qiymətləndirib. Görüş zamanı İsrail və Azərbaycan arasında nəqliyyat sahəsində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.
Eyni zamanda səfər çərçivəsində İsrailin turizm naziri, İsrail – Azərbaycan Hökumətlərarası Birgə Komissiyasının həmsədri Konstantin Yoel Razvozovla görüş keçirilib. Görüşdə turizm sahəsində potensial əməkdaşlıq imkanlarının mövcud olduğunu qeyd edən nazir Rəşad Nəbiyev ötən il İsraildə açılmış Azərbaycan Ticarət və Turizm Nümayəndəliyinin fəaliyyətini təqdir edib. Erməni işğalından azad edilmiş ərazilərdə nəqliyyat və logistika sahələrində həyata keçirilən iri miqyaslı layihələrdən və Zəngəzur dəhlizinin açılmasından danışan nazır Qarabağ regionunun turizm imkanlarından da bəhs edib.
Konstantin Yoel Razvozov bildirib ki, bu il İsraillə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd olunur. Azərbaycanla son iki ildə əməkdaşlıq və strateji tərəfdaşlıq yeni müstəviyə qədəm qoyub. Bu gün əməkdaşlıq istiqamətlərinə təhlükəsizlik, kənd təsərrüfatı, enerji, su təchizatı, səhiyyə, eləcə də turizm kimi mühüm sahələr daxildir. İsrailin turizm naziri bütün sahələrdə tərəfdaşlığı daha fəal şəkildə inkişaf etdirməyin vacibliyini vurğulayıb.
R.Nəbiyev İsrail Rəqəmsal İşlər Qurumunun icraçı direktoru Dror Binlə görüşüb. Görüşdə “Hökumət buludu”, “Elektron hökumət” istiqamətlərində müzakirələr aparılıb, İsrail tərəfi bu sahədə öz təcrübəsini bölüşüb.
İsrailin Kosmik Agentliyinin direktoru Uri Oronla keçirilən görüşdə isə “Azərkosmos”la əməkdaşlıq çərçivəsində İsrail şirkətlərinə Avropa, Yaxın Şərq və Afrika regionu üzrə göstərilən yayım təminatı dəstəyi barədə danışılıb. Görüşdə İsrailin kosmik elm sənayesi və elmi tədqiqat mərkəzləri ilə əməkdaşlıq perspektivləri müzakirə olunub.
İsrail agentlikləri və şirkətləri 2023-cü ildə Bakı şəhərində keçiriləcək Beynəlxalq Astronavtika Konqresində yaxından iştiraka dəvət edilib.
“Baktelecom” tariflərini dəyişib
"Google"də Qarabağın xəritəsində yenilənmə işləri aparılır
COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 859 min nəfəri ötüb
İlham Əliyev Əlcəzairin xarici işlər nazirini qəbul edib
Azərbaycanda daha 534 nəfər koronavirusa yoluxdu, 6 nəfər öldü
Güləşçisimiz Alyona Kolesnik İslamiadada ikinci olub
Bakıda Azərbaycan-Əlcəzair əməkdaşlıq münasibətləri müzakirə olunub
İlham Əliyevin Türkiyəyə işgüzar səfəri başa çatıb
Futbol üzrə dünya çempionatı erkən başlaya bilər
Fəridə Əzizova İslamiadada komandamıza növbəti medal qazandırıb
Bakıda mənzildə kişi meyiti tapılıb
Əlcəzair Azərbaycanla iqtisadi əməkdaşlığa maraqlıdır
Sabah Bakıda 35° isti olacaq
Azərbaycanla Əlcəzair arasında iki sənəd imzalanıb
UEFA Çempionlar Liqası: "Qarabağ"-"Viktoriya" ilk oyununu Bakıda keçirəcək
Bakıda saxta pul hazırlayan dəstə üzvləri saxlanılıb
Turizm və Menecment Universiteti publik hüquqi şəxsə çevrildi
V İslam Həmrəyliyi Oyunları: Azərbaycan daha bir medal qazandı
Nəsimi rayonunda döyüş əl qumbarası tapılıb
UEFA Super Kuboku: Bu gün “Real Madrid” “Ayntraxt”la qarşılaşacaq
Əlcəzairin xarici işlər naziri Azərbaycana səfərə gəlib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb
Azərbaycan nefti 98,91 dollara satılır
Bakıda 14 yaşlı qızlar itkin düşüb
"Qarabağ" Vətənə qayıdıb