logo

Ərdoğan yenidən Putin və Zelenski ilə danışacaq

22:12 30-06-2022 | icon 2002
Ərdoğan yenidən Putin və Zelenski ilə danışacaq

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qarşıdakı günlərdə Rusiyanın dövlət başçısı Vladimir Putin və Ukrayna lideri Volodimir Zelenski ilə telefon danışığı aparacaq.

YeniAvropa xəbər verir ki, bu barədə Türkiyə lideri NATO-nun Madrid sammitinin yekunlarına dair mətbuat konfransında deyib.

“Bizim bir “yol xəritəmiz” artıq formalaşıb. Bizim 20-yə yaxın ərazidə gəmilərimiz var. Odur ki, dəhlizin açılmasına çalışacağıq”, - deyə o, bildirib.

“Mən siyasətçiyəm, 40 illik təcrübəm var. Müxtəlif vəzifələrdə çalışmışam. Siyasət dava-dalaş işi deyil. Siyasətdə dost qazanmaq üçün çalışmalısan. Nə qədər düşmən qazansan, o qədər itirərsən. Putinlə tanışlığımın müddəti daha çoxdur, nəinki Zelenski ilə. Ortada bir həqiqət var. Biz Ukrayna və Rusiyanın təmsilçilərini görüşdürdük və yeni mərhələ başlandı. Bundan sonra da həmin mərhələnin davam etməsini istəyirik”,-deyə Ərdoğan vurğulayıb.