Azərbaycan Avropa Şurası Konqresinin Monitorinq Komitəsinin iclasında təmsil olunub
İyunun 30-da İstanbulda Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin Monitorinq komitəsinin iclası keçirilib.
YeniAvropa xəbər verir ki, iclasda ölkəmizi Konqresdə Azərbaycan nümayəndə heyətinin rəhbəri, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin deputatı Anar İbrahimov və Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının sədri, Nərimanov Bələdiyyəsinin sədri Təmraz Tağıyev təmsil ediblər.
Türkiyə tərəfinin dəvəti ilə İstanbulda keçirilər Avropa Şurası Konqresinin Monitorinq Komitəsinin iclasının açılışında İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu və Konqresin Baş katibi Andreas Kiferin çıxışları olub.
Sonra komitənin iclasında Çex Respublikası, Belçika, Moldova, Danimarka və İsveçdə Avropa Şurası Konqresinin yerli və regional demokratiyanın vəziyyətinə dair monitorinqin nəticələri müzakirə edilərək, hazırlanmış hesabatlar, tövsiyə və qətnamə layihələri Avro Şurası Konqresinin növbəti sessiyasının gündəliyinə salınmasına dair müvafiq qərarlar qəbul edilib.
İclasda, həmçinin Albaniya, Niderland və Serbiyada keçirilmiş yerli və regional səviyyədəki seçkilərdəki müşahidə missiyalarının hazırladıqları hesabatlar müzakirə edilib, eləcədə qarşıdakı seçki müşahidə missiyalarının təqvimi təsdiq olunub. Komitənin iclasında “Yerli və regional hakimiyyət orqanları üçün İnsan Hüquqları Təlimatı III cild: ətraf mühit və dayanıqlı inkişaf”, eləcə də “Ətraf mühitə dair fundamental hüquqlar: yerli və regional hakimiyyət orqanlarının rolu” adlı sənədlər müzakirə edilib.
İclasda məsləhətləşmə və məlumatlandırma ilə bağlı siyasi müzakirələrdə Azərbaycan nümayəndə heyətinin rəhbəri Anar İbrahimov çıxış edib, ölkəmizdə məsləhətləşmə praktikasının ayrı-ayrı aspektləri barədə danışıb. İclasda, həmçinin Ukraynadakı cari vəziyyətin oradakı yerli və regional orqanlara təsiri müzakirə edilib və komitənin 2022-2023-cü illərə dair iş planı təsdiq olunub.
“Baktelecom” tariflərini dəyişib
"Google"də Qarabağın xəritəsində yenilənmə işləri aparılır
COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 859 min nəfəri ötüb
İlham Əliyev Əlcəzairin xarici işlər nazirini qəbul edib
Azərbaycanda daha 534 nəfər koronavirusa yoluxdu, 6 nəfər öldü
Güləşçisimiz Alyona Kolesnik İslamiadada ikinci olub
Bakıda Azərbaycan-Əlcəzair əməkdaşlıq münasibətləri müzakirə olunub
İlham Əliyevin Türkiyəyə işgüzar səfəri başa çatıb
Futbol üzrə dünya çempionatı erkən başlaya bilər
Fəridə Əzizova İslamiadada komandamıza növbəti medal qazandırıb
Bakıda mənzildə kişi meyiti tapılıb
Əlcəzair Azərbaycanla iqtisadi əməkdaşlığa maraqlıdır
Sabah Bakıda 35° isti olacaq
Azərbaycanla Əlcəzair arasında iki sənəd imzalanıb
UEFA Çempionlar Liqası: "Qarabağ"-"Viktoriya" ilk oyununu Bakıda keçirəcək
Bakıda saxta pul hazırlayan dəstə üzvləri saxlanılıb
Turizm və Menecment Universiteti publik hüquqi şəxsə çevrildi
V İslam Həmrəyliyi Oyunları: Azərbaycan daha bir medal qazandı
Nəsimi rayonunda döyüş əl qumbarası tapılıb
UEFA Super Kuboku: Bu gün “Real Madrid” “Ayntraxt”la qarşılaşacaq
Əlcəzairin xarici işlər naziri Azərbaycana səfərə gəlib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb
Azərbaycan nefti 98,91 dollara satılır
Bakıda 14 yaşlı qızlar itkin düşüb
"Qarabağ" Vətənə qayıdıb