Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopla görüşüb
İyunun 30-da Milli Məclisin sədri Sahibə Qafarova Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Bakı konfransında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin(TBMM) sədri Mustafa Şentopla görüşüb.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən YeniAvropa-ya bildirilib ki,Sahibə Qafarova TBMM sədrini salamlayaraq bildirib ki, prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Madriddə təsis olunmuş Parlament Şəbəkəsinin bu gün Bakı konfransı keçirilir. Konfrans “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr edilib. Müasir dünyada parlament diplomatiyasının rolunun günü-gündən artdığı bir vaxtda bu mövzu çox aktualdır.
Milli Məclisin sədri deyib ki, Azərbaycan prezidenti İlham Əliyevin Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Konfransındakı çıxışı mühüm əhəmiyyət kəsb edir. Azərbaycan prezidentinin Qoşulmama Hərəkatının qlobal səviyyədə gedən proseslərdə rolu barədə dəyərli fikirləri Qoşulmama Hərəkatının fəaliyyət istiqamətlərinin müəyyənləşməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Sahibə Qafarova diqqətə çatdırıb ki, bu cür tədbirlər Qoşulmama Hərəkatına üzv ölkələrin parlamentləri arasında əməkdaşlığın inkişafı baxımından olduqca zəruridir.
Milli Məclisin sədri qeyd edib ki, Azərbaycan-Türkiyə əlaqələrinin bugünkü səviyyəsi birlik və həmrəyliyimizin yeni bir təzahürüdür. 44 günlük Vətən müharibəsində qardaş Türkiyənin Azərbaycana birmənalı siyasi və mənəvi dəstəyi bu birliyin ən parlaq nümunəsidir.
Sahibə Qafarova diqqətə çatdırıb ki, bu ay – iyunun 15-də biz “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsinin imzalanmasının birinci ildönümünü qeyd etdik. Dövlət başçılarımızın qətiyyəti və iradəsi sayəsində Azərbaycan-Türkiyə müttəfiqlik münasibətləri Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində imzalanmış Şuşa Bəyannaməsi ilə ən yüksək zirvəsinə çatıb. Bu sənəd ölkələrimiz arasında dostluq və qardaşlığın mahiyyətini əks etdirməklə yanaşı, onların qarşısında dayanan yeni hədəfləri və məqsədləri müəyyənləşdirir.
Səmimi sözlərə görə təşəkkürünü bildirən Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Azərbaycan prezidenti İlham Əliyevin təşəbbüsü və Milli Məclisin sədrinin iştirakı ilə Madriddə yaradılmış Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin əhəmiyyətindən danışıb. O, Azərbaycan Prezidentinin Bakı konfransındakı çıxışını yüksək qiymətləndirib, toxunduğu məsələlərin əhəmiyyətini qeyd edib.
Qonaq Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Bakı konfransının yüksək səviyyədə təşkil edildiyinə görə minnətdarlığını ifadə edib, Azərbaycanın bu təşəbbüsünü bəyəndiklərini bildirib. O, Türkiyənin həmişə qardaş Azərbaycanın təşəbbüslərini dəstəklədiyini və onun yanında olduğunu diqqətə çatdırıb. Bildirib ki, Parlament Şəbəkəsinin Bakı konfransı xalqlarımızın təmsilçiləri olan parlamentlərimizin bir araya gəlməsi və mühüm məsələləri müzakirə etməsi baxımından çox önəmlidir.
Söhbət zamanı Mustafa Şentop dünyada analoqu olmayan Türkiyə-Azərbaycan münasibətlərinin bundan sonra da inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminliyini ifadə edib.
Görüşdə tərəfləri maraqlandıran digər məsələlər də müzakirə olunub.
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzində olublar
Macarıstan Qarabağın minalardan təmizlənməsinə dəstək verməyə hazırdır
Sabah Bakıda 29° isti olacaq
Baş Prokurorluqdan Nəsib Quliyevin intiharı ilə bağlı açıqlama
İlham Əliyevlə Sadır Japarov Ağdam Cümə məscidinin açılışında iştirak edib
Bakıda Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclası keçirilir
Macarıstan şirkətlərinin Qarabağın bərpasında iştirak edəcək
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdama səfər edib
Macarıstanın xarici işlər naziri Azərbaycana səfərə gəlib
“Qarabağ”la “Zirə” Azərbaycan Kubokunun finalına qarşılaşacaq
Qırğızıstan prezidenti Sadır Japarov Füzuli rayonuna gəlib
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir
Mayın 1-dən Azərbaycanda balıq ovuna moratorium qüvvəyə minir
Çində sayca beşinci “Azərbaycan Ticarət Evi” açılıb
Azərbaycan nefti 89,49 dollara satılır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb
Avropa Komissiyası Ukraynaya 1,5 milyard avro yardım ayırıb
Azərbaycan Kuboku: “Qarabağ” “Neftçi”ni məğlub edərək finala yüksəlib
Qırğızıstan prezidentinin şərəfinə “Gülüstan” sarayında ziyafət verilib
Bayden Ukraynaya 61 milyard dollarlıq hərbi yardım haqda qanunu imzalayıb
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılışında iştirak ediblər
“Bakcell” bütün ölkəni bulvardakı konsertə çağırır
Qırğızıstan prezidenti Şəhidlər xiyabanını ziyarət edib
“Air France”ın təyyarəsi Bakıya qəza enişi edib
2026-cı ilədək Cəbrayıl, Qubadlı, Zəngilana 40 min nəfər köçürüləcək