logo

Güləşçimiz Elnurə Məmmədova Avropa çempionu oldu

19:45 30-06-2022 | icon 2324
Güləşçimiz Elnurə Məmmədova Avropa çempionu oldu

İtaliyanın paytaxtı Romada güləş üzrə "U-20" Avropa çempionatı davam edir.

 YeniAvropa xəbər verir ki, qadın güləşçilərin mübarizəsində milli komandamızın üzvü Əsmər Canqurtaran(50 kq) debütdə macarıstanlı Henrietta Qaala, səkkizdəbir finalda isveçli Neli Yohanssona, növbəti mərhələdə isə gürcüstanlı Məryəm Qriqalaşviliyə qalib gəlib. Həmyerlimiz bu qələbələrin hamısını "tuşe" ilə əldə edib. Yarımfinalda yeniyetmələr arasında dünya çempionatının bürünc medalçısı Şevval Çayıra(Türkiyə) məğlub olan idmançımız bürünc medal uğrunda isveçrəli Svenya Yunqoyla güləşib. Rəqibinə 16:11 hesabı ilə qalib gələn güləşçimiz Avropa üçüncüsü olub.

Elnurə Məmmədova(55 kq) ilk görüşdə italiyalı İmmakolata Daniseni xalçadan məyus yola salıb - 7:0. Güləşçimiz daha sonra həm macar Roza Senttamasini, həm də bolqarıstanlı Nazpəri Tahiri "tuşe" ilə üstələyərək finala yüksəlib. Həlledici görüşdə rəqib bir neçə gün əvvəl U-17 Avropa çempionatında qızıl medal qazanmış Tuba Demir olub. Türk güləşçi üzərində 10:1 hesablı qələbə qazanan E.Məmmədova Avropa çempionu olub.