logo

İlham Əliyev iki rayonun məhkəmə sədrlərini işdən çıxardı

18:54 30-06-2022 | icon 1372
İlham Əliyev iki rayonun məhkəmə sədrlərini işdən çıxardı

Prezident İlham Əliyev iyunun 30-da "Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında" sərəncam imzalayıb.

 YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncamda deyilir: "Məhkəmə-Hüquq Şurasının təkliflərini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini, habelə “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 113-cü maddəsinin ikinci hissəsinin 12-ci bəndini və 114-cü maddəsinin üçüncü hissəsini rəhbər tutaraq qərara alıram:

1. Aşağıdakı hakimlərin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilsin:

Bağırov Məhəmməd Abduləli oğlu – Füzuli rayon Məhkəməsinin hakimi və sədri

Əmirxanova Kəmalə Fərman qızı – Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin hakimi

Mustafayev Nofəl Qara oğlu – Tovuz rayon Məhkəməsinin hakimi.

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir ".