logo

Sabahdan yeni Sankt-Peterburq-Bakı aviareysi açılır

16:30 30-06-2022 | icon 2156
Sabahdan yeni Sankt-Peterburq-Bakı aviareysi açılır

Sabahdan Rusiyanın "UTair" aviaşirkəti Sankt-Peterburq-Bakı marşrutu üzrə uçuşlara başlayacaq.

YeniAvropa xəbər verir ki, bu barədə aviaşirkətin yaydığı açıqlamada bildirilir.

Qeyd edilib ki, aviareyslər həftədə iki gün olmaqla bazar ertəsi və cümə günləri yerinə yetiriləcək.

Xatırladaq ki, "UTair" iyunun 20-dən Ufa-Bakı marşrutu üzrə uçuşları da bərpa edib.