logo

Daha 7 mindən çox vətəndaşa “Müharibə veteranı” adı veriləcək-Müdafiə Nazirliyi

15:15 30-06-2022 | icon 1736
Daha 7 mindən çox vətəndaşa “Müharibə veteranı” adı veriləcək-Müdafiə Nazirliyi

Müdafiə Nazirliyinin tərkibində fəaliyyət göstərən komissiya tərəfindən 7 min nəfərdən çox vətəndaşın da Vətən müharibəsində iştirakı ilə bağlı məlumatlarının araşdırılması yekunlaşdırılaraq sənədləri “Müharibə veteranı” adının verilməsi məqsədilə qərar qəbul edilməsi üçün müvafiq komissiyaya göndərilib.

YeniAvropa xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, arayış-məlumatları göndərilən vətəndaşlar barədə qərar qəbul edildikdən sonra onların da adları “Müharibə veteranı” adının verilməsi üçün “Zəfər” altsisteminə daxil ediləcək.

Bundan sonra onlara da Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdünün (80 manat) təyin edilməsi və 2022-ci il yanvarın 1-dən hesablanaraq ödənilməsi təmin olunacaq.

Qeyd edək ki, bu günədək Vətən müharibəsində iştirak etmiş 76 min nəfərə “Müharibə veteranı” adı verilib.