logo

İsveç və Finlandiya gələn həftə NATO-ya qoşulma protokolunu imzalayacaq

14:54 30-06-2022 | icon 1764
İsveç və Finlandiya gələn həftə NATO-ya qoşulma protokolunu imzalayacaq

İyulun 5-də İsveç və Finlandiyanın NATO-ya qoşulması haqqında protokol imzalanacaq.

YeniAvropa xəbər verir ki, bu barədə Alyansın baş katibi Yens Stoltenberq məlumat verib.

Sənədi NATO-ya üzv olan ölkələrin xarici işlər nazirləri imzalayacaq.

Xatırladaq ki, ötən gün madriddə keçirilən sammitdə NATO Finlandiya və İsveçi rəsmi olaraq hərbi Alyansa daxil olmağa dəvət edib.