logo

"BP", MOK və Azərbaycan Milli Paralimpiya Komitəsi arasında saziş imzalanıb

11:33 30-06-2022 | icon 5467
"BP", MOK və Azərbaycan Milli Paralimpiya Komitəsi arasında saziş imzalanıb

İyunun 30-da “BP Eksploreyşn(Caspian Sea) Limited” şirkəti(BP), Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi (MOK) və Azərbaycan Milli Paralimpiya Komitəsi (AMPK) arasında yerli tərəfdaşlıq haqqında saziş imzalanıb.

YeniAvropa xəbər verir ki, müqaviləni MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, AMPK-nin rəhbəri İlqar Rəhimov və "BP"nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli imzalayıblar.

Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, nazirin müavini Mariana Vasileva, MOK-un vitse-prezidenti Zemfira Meftahətdinova, baş katib Azər Əliyev, olimpiyaçılar və tanınmış idmançılar ıştirak ediblər.