logo

Madriddə NATO-nun yeni strateji konsepsiyası qəbul olunub

09:44 30-06-2022 | icon 1484
Madriddə NATO-nun yeni strateji konsepsiyası qəbul olunub

NATO-nun Madrid Sammitində Şimali Atlantika Alyansının 30 üzvü tərəfindən yeni strateji konsepsiya təsdiq edilib.

YeniAvropa xəbər verir ki, sənəddə “NATO-nun müdafiə alyansı olduğuna baxmayaraq, heç kəs bizim müttəfiq ərazinin hər bir qarışını müdafiə etmək, bütün müttəfiqlərin ərazilərinin suverenliyi və bütövlüyünü qorumaq və istənilən təcavüzkarı məğlub etmək üçün bizim gücümüzə və qətiyyətimizə heç kim şübhə etməməlidir”, - deyə vurğulanır.

Qeyd edək ki, sənəddə bəndlərin böyük hissəsi NATO-nun Ukraynada hərbi əməliyyatların təsiri altında qarşılaşdığı yeni reallığa həsr olunub.