logo

Madriddə Türkiyə və ABŞ prezidentlərinin görüşü olub

09:09 30-06-2022 | icon 1589
Madriddə Türkiyə və ABŞ prezidentlərinin görüşü olub

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ prezidenti Cozef Bayden Madriddə bir araya gəliblər.

YeniAvropa "Anadolu" Agentliyinə istinadla xəbər verir ki, görüşdə prezidentləri geniş tərkibli nümayəndə heyətləri müşayiət edib.

Liderlər NATO-nun gücləndirilməsi istiqamətində atılacaq addımları, Ukrayna böhranını, eləcə də gündəlikdə olan digər məsələlər ətrafında müzakirələr aparıblar.