logo

Zelenski NATO ölkələrini  Ukraynaya hərbi və maliyyə yardımını artırmağa çağırdı

15:35 29-06-2022 | icon 6048
Zelenski NATO ölkələrini  Ukraynaya hərbi və maliyyə yardımını artırmağa çağırdı

İyunun 29-da Ukrayna prezidenti Volodimir Zelenski NATO-nun Madriddə keçirilən sammitində videokonfrans vasitəsilə çıxış edib.

YeniAvropa xəbər verir ki,  V.Zelenski çıxışında Ukraynanın məruz qaldığı hərbi əməliyyatların digər ölkələrə, NATO-nun müttəfiqlərinə keçəcəyi təqdirdə, vəziyyətin daha da pisləşə biləcəyini qeyd edib.

Ukrayna prezidenti əlavə hərbi və maliyyə yardımı istəyib. O, ölkəsinin özünü müdafiə edə bilməsi üçün ayda 5 milyard dollara ehtiyacı olduğunu bildirib.