logo

NATO Ukraynaya lazım olan qədər silah göndərəcək-Olaf Şolts

14:54 29-06-2022 | icon 1771
NATO Ukraynaya lazım olan qədər silah göndərəcək-Olaf Şolts

Şimali Atlantika Alyansına üzv ölkələr Ukraynaya silah tədarükünü lazım olana qədər davam etdirəcək.

YeniAvropa xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolts NATO-nun Madriddə keçirilən sammitindən öncə jurnalistlərin suallarını cavablandıran zaman deyib.

“NATO-ya üzv ölkələr, həmçinin bir çox digər dövlətlər Ukraynanın özünü müdafiə etməsi üçün üzərinə düşəni edir. Kiyev maliyyə resursları, humanitar yardımlar, həmçinin ehtiyacı olan silahlarla təmin olunur. Mesaj belədir: biz bunu Ukraynanın müdafiəsi üçün lazım olan qədər davam etdirəcəyik”, - deyə Olaf Şolts bildirib.

İyunun 21-də Ukraynanın müdafiə naziri Oleksiy Reznikov Almaniyadan “Panzerhaubitze 2000” özüyeriyən haubitsa aldıqlarını açıqlayıb. Həmin gün Almaniya hökuməti ilk dəfə olaraq Ukraynaya verilən silahların siyahısını və 30 ədəd “Gepard” özüyeriyən zenit kompleksinin, IRIS-T hava hücumundan müdafiə sisteminin, üç ədəd “Mars” yaylım atəş sisteminin, 22 yük maşınının və 80 pikapın verilməsini ehtiva edən gələcək tədarük planını dərc edib.