logo

Bayden: ABŞ Avropada hərbi mövcudluğunu gücləndirəcək

12:52 29-06-2022 | icon 840
Bayden: ABŞ Avropada hərbi mövcudluğunu gücləndirəcək

ABŞ prezidenti Cozef Bayden NATO-nun Madriddə keçirilən sammiti çərçivəsində alyansın Baş katibi Yens Stoltenberqlə görüşündə Birləşmiş Ştatların bütün Avropada hərbi mövcudluğunu artıracağını deyib.

YeniAvropa xəbər verir ki, Cozef Baydenin çıxışı NATO-nun saytında yayımlanıb.

ABŞ prezidentinin sözlərinə görə, NATO bütün istiqamətlərdə - havada, quruda və dənizdə təhdidləri dəf etməyi bacarmalıdır. Cozef Bayden, həmçinin Avropaya əlavə olaraq "F-35" döyüş təyyarələrindən ibarət iki eskadrilya göndəriləcəyini bildirib. Bundan əlavə, Vaşinqton Polşada ABŞ Silahlı Qüvvələrinin 5-ci Ordu korpusunun (quru qoşunları) qərargahını yerləşdirəcək.