logo

Ukrayna və Rusiya növbəti dəfə hərbçi meyitlərini dəyişdirib

15:51 28-06-2022 | icon 1813
Ukrayna və Rusiya növbəti dəfə hərbçi meyitlərini dəyişdirib

Ukrayna və Rusiya Zaporojye vilayətində həlak olmuş hərbçilərin meyitlərinin növbəti mübadiləsini aparıblar. Ukraynanın 46 müdafiəçisinin cəsədləri qaytarılıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki,  bu barədə Ukraynanın Müvəqqəti İşğal edilmiş Ərazilərin Reinteqrasiyası Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir: “Zaporojye vilayətində həlak olmuş Ukraynalı hərbçilərin cəsədlərinin qaytarılması üzrə növbəti əməliyyat təşkil olundu. Ukrayna 46 qəhrəman müdafiəçinin meyitinin layiqincə dəfn edilməsi üçün geri qaytardı. Onlardan 21-i “Azovstal”ın müdafiəçisi idi”.

Xatırladaq ki, Ukrayna ilə RF arasında meyitlərin bundan əvvəlki mübadiləsi iyunun 21-də həyata keçirilmişdi. Həmin mübadilədə Ukrayna tərəfinə 35 hərbçinin meyiti qaytarılmışdı.