logo

COVID-19-a qarşı “buster” dozada peyvənd olunanların sayı 3 milyon 300 min nəfəri ötür

19:20 27-06-2022 | icon 3213
COVID-19-a qarşı “buster” dozada peyvənd olunanların sayı 3 milyon 300 min nəfəri ötür

İyunun 27-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya prosesi qeydə alınmayıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 762 min 91, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 353 min 536, ikinci mərhələ üzrə 4 milyon 853 min 215, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 306 min 428, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 248 min 912-dir.