logo

Azərbaycan-Türkiyə- Qazaxıstan platformasının yaradılması ticarət əlaqələrini sürətləndirəcək

17:27 27-06-2022 | icon 1631
Azərbaycan-Türkiyə- Qazaxıstan platformasının yaradılması ticarət əlaqələrini sürətləndirəcək

Azərbaycan, Türkiyə və Qazaxıstan üçtərəfli platformasının yaradılması bu dövlətlər arasında ticarət əlaqələrini sürətləndirəcək.

YeniAvropa xəbər verir ki, bu fikirlər Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan, Türkiyə və Qazaxıstan xarici işlər nazirləri və nəqliyyat sahəsi üzrə məsul nazirlərin birinci üçtərəfli görüşü zamanı söyləyib.

Nazir qeyd edib ki, həmçinin səmərəli, maneəsiz daşımalar, tranzit dəhlizləri vasitəsilə əməliyyatların və prosedurların asanlaşdırılması, xüsusilə yumşaq və sərt infrastrukturun və rəqəmsallaşmanın inkişafı üzrə birgə layihələrin, onların tranzit potensialının və cəlbediciliyinin artırılması üçün işlərin görülməsi vacibdir. Bu sahədə əməkdaşlığın genişləndirilməsinə dair razılığa da gəlinib.