logo

Azərbaycanda daha 24 nəfər koronavirusa yoluxub

16:16 26-06-2022 | icon 3290
Azərbaycanda daha 24 nəfər koronavirusa yoluxub

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 24 yeni yoluxma faktı qeydə alınıb, 25 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, son sutkada xəstəlikdən vəfat edən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 793 164 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 292 nəfər müalicə olunaraq sağalıb, 9 717 nəfər vəfat edib. 155 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 345, bu günə qədər isə ümumilikdə 6 954 464 test icra olunub.