logo

Rusiya Ukrayna paytaxtını raket atəşinə tutub

12:42 26-06-2022 | icon 2436
Rusiya Ukrayna paytaxtını raket atəşinə tutub

İyunun 26-da səhər saatlarında Kiyev şəhərinin mərkəzi hissəsinə bir neçə raket atılıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, Kiyevin Şevçenko rayonuna raketin düşməsi nəticəsində yaşayış binasında dağıntılar qeydə alınıb. Hazırda xilasetmə işləri davam etdirilir.

Ölən və yaralananlar barədə dəqiqləşdirmə aparılır.

Ukrayna Milli Polisinin rəhbəri İqor Klimenko hadisə yerindəki jurnalistlərə verdiyi məlumata görə, Kiyevə raket hücumu nəticəsində 1 nəfərin həlak olduğu, 5 nəfərin isə yaralandığı artıq məlumdur. Yaralananlardan biri 7 yaşlı uşaqdır. Dağıntılar altında hələ də insanların qaldığı güman edilir.