7 boksçumuz beynəlxalq turnirdə finala yüksəlib
Rumıniyanın Georgeni şəhərində yeniyetmə və məktəbli boksçular arasında keçirilən beynəlxalq turnirdə yarımfinal döyüşləri başa çatıb.
YeniAvropa xəbər verir ki, bu mərhələdə Azərbaycan millisinin 7 idmançısı mübarizə aparıb və hər biri rinqdən qələbə ilə ayrılaraq finala yüksəlib.
Ağası Məmmədovun rəhbərlik etdiyi yeniyetmə oğlanlardan ibarət yığmamızın heyətində Tacı Nəsibov (50 kq) 1/2 finalda Marian Petracı (Rumıniya) sınağa çəkib. Boksçumuz rəqibini 4:1 hesabı ilə məğlub edib. O, qızıl medal uğrunda döyüşdə rumıniyalı Daniel Melensiusla qarşılaşacaq. 54 kq çəki dərəcəsində qüvvəsini sınayan Məhəmmədəli Aşırəliyev də yarımfinalda ev sahibinə qalib gəlib. O, Geba Mihai ilə dueldən 5:0 hesablı üstünlüklə ayrılıb. Aşırəliyev finalda Florin Kaldararu (Rumıniya) ilə döyüşəcək. Məhəmmədəli Qasımzadə (57 kq) yarımfinalda Georgios Pleasla (Yunanıstan) qarşılaşıb. Döyüş Avropa birinciliyinin mükafatçısı olan boksçumuzun qələbəsi ilə bitib – 5:0. O, finalda bolqarıstanlı Viktorio İliyevlə gücünü yoxlayacaq.
Baş məşqçi Yadigar Məmmədovun rəhbərlik etdiyi qızlardan ibarət millinin heyətində Aysu İsmayılova (46 kq) yarımfinal mərhələsini döyüş keçirmədən adlayıb. Buna onun rəqibi Florentina İonelanın rinqə buraxılmaması səbəb olub. Rumıniyalı idmançının çəkisi artıq olduğu üçün boksçumuz qalib elan edilib. Aysu birinci yer uğrunda qarşılaşmada kiprli Kristina Nzaraqianı sınağa çəkəcək.
Nərmin Əlizadə (50 kq) Kristina Kaldarariudan (Rumıniya) güclü olub. O, 4:1 hesabı ilə qələbə qazanıb. Təmsilçimiz finalda Maria Petraçe (Rumıniya) ilə üz-üzə gələcək.
Aynur Mikayılova (52 kq) Angelika Kojosarudan (Rumıniya) güclü olub. O, 5:0 hesabı ilə qələbə qazanaraq finala yüksəlib. İdmançımız həlledici qarşılaşmada yunanıstanlı İoanna Kantzari ilə döyüşəcək.
Emili Rzayeva (66 kq) bolqarıstanlı Tatyana Lyubenovanı məğlub edib. 5:0 hesabı ilə qalib gələn boksçumuz çempionluq döyüşündə Maria Tanasesku (Rumıniya) ilə üz-üzə gələcək.
Qeyd edək ki, 12 ölkədən 200-dən artıq idmançının qatıldığı yarışda boksçularımız final döyüşlərinə iyunun 26-da çıxacaqlar.
Zəngəzur dəhlizinin açılması üzərində iş davam edir-Rusiya XİN
"EURO-2032" Türkiyə və İtaliyada keçirilə bilər
DYP hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib
İstanbulda Qarabağla bağlı ABŞ-Avropa İttifaqı-Rusiya görüşü keçirilib
Rəsmi Bakı erməni separatçıların həbsinə dair Ermənistan XİN-nin etiraz bəyanatını qətiyyətlə pisləyir
Nobel mükafatına layiq görülən kimyaçı alimlərin adları açıqlanıb
Sabah Bakıda şimal küləyi əsəcək, yağış yağacaq, 23° isti olacaq
Cari ildə BTC ilə 1,1 milyon ton Qazaxıstan nefti nəql olunacaq
Daşaltıda 31 il sonra meyitinin qalıqları tapılan şəhid dəfn olunub
XİN Katrin Kolonnanın Azərbaycana qarşı iddialarını qətiyyətlə rədd edir
Azərbaycanda ilk dəfə Musiqi forumu keçiriləcək
Paytaxtda məktəbin yaxınlığında narkotik satan şəxs saxlanılıb
Ermənistanda ictimai rəy nəzərə alınmır-Rusiya XİN
Azərbaycan nefti 97,81 dollara satılır
Xoşbəxt Yusifzadə Fəxri xiyabanda dəfn olunacaq
Dünya çempionatı: Bu gün beş cüdoçumuz tatamiyə çıxacaq
Faktiki hava: Bəzi yerlərdə intensiv və güclü yağış yağıb
UEFA Çempionlar Liqası:Bu gün qrup mərhələsində daha 8 oyun keçiriləcək
Cəbrayıl rayonunun işğaldan azad edilməsindən üç il ötür
SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə vəfat edib
İmişlidə "Mercedes" traktorla toqquşub,1 nəfər ölüb
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
ICESCO Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlıdır
TV və Radio kanalları Qarabağda yayım üçün lisenziya alıb
İncəsənət ustalarımız Polşada Musiqi Festivalında iştirak ediblər