Rusiya Ukraynanın 3 şəhərinə 50-dən çox raket atıb: Ölənlər var
İyunun 25-də səhər saatlarında Ukraynanın üç bölgəsinə 50-yə yaxın raket zərbəsi endirilib. Xüsusilə, Jitomir və Çerniqov bölgələri hücuma məruz qalıb.
YeniAvropa xəbər verir ki, Jitomir vilayət Hərbi Administrasiyasının rəhbəri Vitali Buneçko "Teleqram" kanalında məlumat paylaşıb. Onun sözlərinə görə iyunun 25-i səhər saatlarında Jitomir vilayəti ərazisinə 30-a yaxın raket zərbəsi endirilib.
"Tammiqyaslı işğalın ilk günündə olduğu kimi, bu gün səhər saat 04:15-dən başlayaraq yenidən Jitomir vilayətinə raket zərbələri endirilib. Bu dəfə vilayət ərazisinə 30-a yaxın raket atılıb. Hərbi infrastruktura da ziyan dəyib, bir əsgər ölüb, biri isə yaralanıb”, - deyə V.Buneçko əlavə edib.
Çerniqov vilayəti Hərbi Administrasiyasının yaydığı məlumata görə isə bu gün səhər saatlarında Kiyev vilayəti ilə sərhəd ərazi olan Desna kəndinə 20 raket atılıb. "Səhər saat 05:00 radələrində Çerniqov vilayəti kütləvi raket atəşinə məruz qalıb. Belarus Respublikası ərazisindən Desna kəndinə təyyarələrdən və yerdən 20 raket atılıb. İnfrastruktura ciddi ziyan dəyib”, - deyə məlumatda bildirilib.
İtkilər barədə araşdırma aparılır.
İyunun 25-də səhər saatlarında Lvov vilayəti də raket hücumlarına məruz qalıb. Qara dənizdən atılan 6 raketdən ikisi vurulub.
Bu barədə Lvov vilayəti Hərbi Administrasiyasının məlumatında qeyd olunub.
“Raket zərbələri hərbi obyektə vurulub. Zərbə nəticəsində 4 nəfər xəsarət alıb. Biri orta ağır, üçü yüngüldür. Onlar xəstəxanaya yerləşdiriliblər. Yanğın lokallaşdırılıb", - deyə məlumatda qeyd edilib.
İbrahim Tatlısəs Bakıda konsert verəcək
Bu gün 440 doza vaksin vurulub
İranda 5 bal gücündə zəlzələ baş verib
Azərbaycanda daha 75 nəfər koronavirusa yoluxub,2 nəfər ölüb
Boksçularımız beynəlxalq turnirdə 17 medal qazanıblar
Media subyektlərinin gəlirləri vergidən azad edilib
Cüdoçumuz Antalya “Böyük dəbilqə”sinin finalına yüksəlib
Ermənistan və Azərbaycan nümayəndələri sərhəddə görüşüb
Azərbaycanlı gənc Harvard Universitetinə qəbul olub
İrandan Azərbaycana 13 kq narkotika keçirmək istədilər
Sabah Bakıda yağış yağacaq, 9° isti olacaq
Dövlət Vergi Xidmətinin sabiq əməkdaşları həbs edilib
Sabah 27 mindən çox abituriyent və şagird imtahan verəcək
Zakir Həsənov xidməti müşavirə keçirib
Rüşvət alan gömrük inspektoru həbs edilib
Şahdağda 22 sm qar yağıb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 66 nəfər saxlanılıb
Laçın-Xankəndi yolunda etiraz aksiyasının 111-ci günü
Beyləqanda rüşvət alan vəzifəli şəxslərə cinayət işi açılıb
“Gənclik” metrostansiyasında əslində nə baş verib?
Bu gün 467 doza vaksin vurulub
Azərbaycanda daha 64 nəfər koronavirusa yoluxub
Bakıda Azərbaycan-Çexiya siyasi məsləhətləşmələri keçirilib
XİN: Ceyhun Bayramov İsraildə İrana qarşı hər hansı mövqe səsləndirməyib
Lukaşenko Rusiya qoşunlarını Belarusa yerləşdirdi